Kürd və erməni separatçılığını dəstəkləyən Xalqların Demokratik Partiyasının (HDP) üzvü və sözçüsü Ebru Günay Türkiyə Silahlı Qüvvələrinin PKK terrorçularına qarşı keçirdiyi hərbi əməliyyatlara qarşı çıxan açıqlama verib.
Demokrat.az xəbər verir ki, Ebru Günay zəlzələdən ziyan çəkmiş vətəndaşların və təbii fəlakət zamanı həlak olmuş insanların dərdinə şərik çıxmaq əvəzinə, baş vermiş fəlakəti siyasiləşdirməyə cəhd edib.
O, diqqəti Ərdoğan hakimiyyətinin üzərinə yönləndirməyə cəhd edərək, Türkiyə Ordusunun PKK-ya qarşı terror əməliyyatlarını dayandırmağa çağırıb.
HDP üzvü açıqlamasında Türk SİHA-larını da hədəfə alaraq, Türkiyə Ordusunun bu silahlardan imtina etməsi üçün beynəlxalq təşkilatlara çağırış edib. Ebru Günay Türkiyə Silahlı Qüvvələrinin zərərsizləşdirdiyi terrorçulara görə yas saxladığını da bəyan edib.
Həsən Demokrat.az


