Sosial

Naxçıvanda deputat-direktor işdən çıxarıldı — Yeni təyinat

Naxçıvanda deputat-direktor işdən çıxarıldı — Yeni təyinat

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbinə yeni direktor təyin olunub.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, bu gün məktəbin müəllimi Tahirə Qasımova direktor vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, fevralın 1-də məktəbə yeni təyin edilən direktor Turan Məmmədli ilə müəllimlər arasında insident baş vermişdi və müəllimlər dərs saatlarının azaldılmasına şikayətlərini bildirmək məqsədi ilə dərsə girməmişdilər. 2 gün sonra isə direktor vəzifəsindən azad edilib.

Turan Məmmədli Naxçıvan Ali Məclisinin deputatıdır.

D
demokrat.az