İdman Özəl

Ronaldo ayın oyunçusu seçildi

Ronaldo ayın oyunçusu seçildi

Ulduz futbolçu Kriştiano Ronaldo fevral ayında Səudiyyə Ərəbistanın Pro Liqasının ən yaxşı oyunçusu seçilib.

Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bu müddətdə "Əl Nassr" forması ilə 5 liqa oyununda 8 qol və 2 məhsuldar ötürmə ilə komandasına öz töhfəsini verib.

Ronaldo, “Əl Fateh”ə 1, “Əl Vahda”ya 4, “Damak”da isə 3 qol vurub. 38 yaşlı ulduz "Əl Taavon" matçında 2 məhsuldar ötürmə ilə fevral ayının ən yaxşı oyunçusu olmağı bacarıb. Aysun Demokrat.az

NE
Nihadə Eyyubova