Gündəm Özəl

“Heç vaxt inanmırdım ki, Vardanyan nəyəsə nail ola bilər” — Deputat

“Heç vaxt inanmırdım ki, Vardanyan nəyəsə nail ola bilər” — Deputat

"Ruben Vardanyana qarşı belə soyuq münasibət onsuz da gözlənilən idi".

Demokrat.az xəbər verir ki, bu fikirləri millət vəkili Cavanşir Feyziyev deyib.

"Rusiyadan bir milyarderin heç kim tərəfindən tanınmayan, özü-özünü "respublika" elan etmiş separatçı bir qurumun qeyri-qanuni idarəçiliyi altında olan torpağa gəlişi hansı ciddi qurumunda, ciddi dövlətdə rəğbət yarada bilər? Heç vaxt inanmırdım ki, Vardanyan nəyəsə nail ola bilər. Ən çox nəyə nail ola bilərdi? Vardanyan burada bir müddət qalıb sonra Ermənistana transfer edilə bilərdi, yəni Ermənistanda hakimiyyəti ələ almaq üçün. Necə Koçaryan 1988-ci ildə başlamış hadisələrə rəhbərlik etdi, səhra komandiri vəzifəsində öz cinayətlərini törətdi və daha sonra Ermənistana rəhbər kimi transfer edildi. Yəni, eyni ssenarini çox güman ki, təkrar etmək istəyərdilər. Amma Vardanyanın nə beynəlxalq nüfuzu, nə hər hansı siyasətdə tanınmış siması yox idi ki, onunla siyasət qursunlar. Əgər hesabat götürüb siyasət qurmuşdularsa, bu siyasət əvvəldən uğursuzluğa məhkum siyasət idi”.

Nəzrin Demokrat.az

NE
Nihadə Eyyubova