Tarkanın məzar daşı üzə çıxdı — FOTOLAR

MARAQLI 12 iyn 2019, 20:56

Antalyada qəbir daşları hazırlayan Mehmet Çetin Tarkana olan sevgisini ölümsüzləşdirmək üçün iş yerinin qarşısına sənətçinin fotosu olan məzar daşı qoyub.


Demokrat.az ölkə.az-a istinadən xəbər verir ki, bunu görənlər "Tarkan öldümü?" sualını veriblər.


Məlum olub ki, Çetin bunu reklam məqsədi ilə hazırlayıb. 


O, bildirib ki, iş yerinə gələn müştərilərə hazırladığı nümunələri göstərmək üçün öz qəbir daşını da hazırlayıb:


"Ölsəm, qəbir daşım hazırdır. Mənimlə maraqlananlar üçün telefon nömrəmi də yazmışam. Qəbir daşlarına şəkil vururuq. Mən də Tarkanı çox sevdiyim üçün qəbir daşını hazırladım. Bəzi vətəndaşlar isə Tarkanın öldüyünü soruşurlar".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top