Kriminal

Nazirlik “Bravo”nu məhkəməyə verdi

Nazirlik “Bravo”nu məhkəməyə verdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsi ölkənin aparıcı supermarketlər şəbəkələrindən birinin - “Bravo”nun sahibi olan “Azərbaycan Supermarket” MMC-yə (VÖEN - 1403051411 ) qarşı məhkəmə iddiası qaldırıb.

Demokrat.az Yeniavaz.com-a istinadla xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatına verilib.

Məhkəmə iddiasının müqavilədən gələn öhdəliklərlə bağlı olduğu bildirilir. Məlumat üçün bildirək ki, “Azərbaycan Supermarket" MMC 2015-ci ilin fevral ayının 27-də dövlət qeydiyyatına alınıb. “Bravo” supermarketləri ölkənin ən böyük şirkəti hesab olunan “Paşa Holdinq”ə bağlıdır.

D
demokrat.az