Hadisə

Azərbaycanda ağır yol qəzası: ölənlər var — ADLAR

Azərbaycanda ağır yol qəzası: ölənlər var — ADLAR

Ağstafada yük maşını ilə minik maşınının toqquşması zamanı ölənlərin kimliyi məlum olub.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, TIR-la "VAZ 21099" markalı avtomobilərin toqquşması zamanı ölənlər rayonun Dağ Kəsəmən kənd sakinləridir.

Ölən şəxslərin adları aşağıdakı kimidir:

Orxan Rzayev (36 yaş);

Məhəmməd Xəlilov (36 yaş).

Faktla bağlı araşdırma aparılır

01:01

Ağstafada ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağ Kəsəmən kəndində keçən hissəsində qeydə alınıb.

TIR-la "VAZ 21099" markalı avtomobillərin toqquşması zamanı 2 nəfər hadisə yerində ölüb.

D
demokrat.az