Azərbaycan Respublikasında son sutka ərzindəkoronavirus (COVID-19) infeksiyasına 20 yeni yoluxma faktı qeydə alınıb,9nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfərvəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 828 512 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 238 nəfər müalicə olunaraq sağalıb, 10 117nəfər vəfat edib, aktiv xəstə sayı 157 nəfərdir.
Ölkədə son sutka ərzində 991, hazırkı dövrədək isə 7 522 178 test aparılıb.


