Türkiyədə fövqəladə vəziyyət çərçivəsində zəlzələ bölgələrində yeni yaşayış məntəqələrinin salınması haqqında Prezident fərman imzalayıb. Fərmana əsasən, Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi vəzifəsi üzrə dəqiq məskunlaşma ərazilərini müəyyən edəcək.
Demokrat.az xəbər verir ki, "CNN türk"ə istinadən xəbər verir ki, fərmandan dolayı məsələnin təfərrüatı açıqlanıb.
Bildirilir ki, köçürülmə sahələri müəyyən edilərkən, meşə kimi qorunub saxlanılmasında heç bir fayda görülməyən yerlər, daşlı, qayalı, məhsuldar olmayan və meşə xarakteristikasına malik olmayan yerlərdən də istifadə edilə bilər.
Bununla bağlı, plan və bölmə əməliyyatlarında dayandırma, elan və etirazlarla bağlı müddəalar tətbiq edilməyəcək. Əməliyyatlar üçün hər hansı bir ad altında heç bir dövriyyə fondu haqqı və ya komissiya haqqı tutulmayacaq.
Yeni fərmanla, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin, infrastruktur və üst tikili də daxil olmaqla hər cür tikinti aparmaq və ya torpaq paylarını müəyyənləşdirmək, növünü dəyişdirmək səlahiyyəti olacaq.
Aysun Demokrat.az


