Dünya Özəl

Bayden: “Rusiya üçün əsla bir zəfər olmayacaq”

Bayden: “Rusiya üçün əsla bir zəfər olmayacaq”

"Ukrayna, Rusiya üçün əsla bir zəfər olmayacaq"

Demokrat.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden bildirib.

O, Rusiya-Ukrayna müharibəsinin ildönümündə tviter paylaşımında bunları yazıb:

"İmperatorluğu yenidən qurmaqla məşğul olan diktator heç vaxt xalqın azadlıq sevgisini məhv edə bilməz".

Qəddarlığın iradə azadlığını əzə bilməyəcəyini deyən Bayden, müharibənin ilk ilində Ukraynanın hələ də müstəqil və azad olduğunu, ukraynalıların Xersondan Xarkova qədər torpaqlarını geri aldığını vurğulayıb.

ABŞ prezidenti Zelenski ilə fotosunu paylaşaraq, ötən il Rusiyanın əlində olan ərazilərin çoxunda Ukrayna bayrağının yenidən fəxrlə dalğalandığını bildirib.

Arzu Demokrat.az

NE
Nihadə Eyyubova