Azərbaycandan Türkiyəyə yardım məqsədilə daha 5 ədəd modul tipli ev göndərilib.
Demokrat.az xəbər verir ki, evsiz qalmış insanlara yardım məqsədilə "Qardaş köməyi" platforması çərçivəsində Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən 5 ədəd modul tipli ev Türkiyəyə verilib.
Modul tipli evlər bu gün Türkiyəyə yola salınıb.


