Sosial

Niderlandda şəhid Orxan Əsgərovun yas mərasimi keçirilib — FOTOLAR

Niderlandda şəhid Orxan Əsgərovun yas mərasimi keçirilib — FOTOLAR

Niderlandda fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu zamanı şəhid olan baş leytenant Orxan Əsgərova yas mərasimi keçirilib.

Demokrat.az xəbər verir ki, bu barədə dərnəyin sədri İlhan Aşkın məlumat verib.

Bildirib ki, bu gün təşkilatımızda Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum zamanı şəhid olan Orxan Əsgərovun ruhuna dualar etdik. "Biz təşkilat olaraq Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu qəti şəkildə pisləyir və kəskin etirazımızı bildiririk. Bu hücum birbaşa olaraq Azərbaycan dövlətinə qarşı yönəlmiş terror aktıdır və beynəlxalq hüquq pozuntusudur".

Niderlandda şəhid Orxan Əsgərovun yas mərasimi keçirilib — FOTOLAR

Niderlandda şəhid Orxan Əsgərovun yas mərasimi keçirilib — FOTOLAR

D
demokrat.az