Dünya Özəl

"Biz sizin düşməniniz deyilik" — Bayden

Biz sizin düşməniniz deyilik — Bayden

Amerika prezidenti Co BaydenVarşavada olarkən ruslara müraciət edib.

Bayden öz mesajında bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Qərb və Birləşmiş Ştatlarla bağlı dediyi sözlər yalandan başqa bir şey deyil.

"Rusiya xalqına müraciət etmək istəyirəm: ABŞ və Avropa ölkələri Rusiyanı məhv etmək istəmir. Biz Putinin bu gün dediyi kimi, Rusiyaya hücum etməyi, Rusiyanı ələ keçirməyi planlaşdırmırıq. Biz sülh içində yaşamaq istəyirik. Biz sizin düşməniniz deyilik", - deyə o bildirib.

Bayden müharibənin sonunun yalnız Rusiyadan asılı olduğunu da vurğulayıb.

"Bu müharibə zərurət deyil, faciədir. Bu müharibə Putin tərəfindən seçilmişdir. Onun xahişi ilə başladı. O, bu müharibəyə istənilən vaxt son qoya bilər, sadəcə bir söz deməlidir. Əgər Rusiya işğalını dayandırsa, müharibə elə indi bitəcək. Əgər ukraynalılar özlərini müdafiə etməyi dayandırsalar, bu, Ukraynanın sonu olacaq. Buna görə də biz Ukraynaya özünü müdafiə etməkdə kömək edəcəyik", - ABŞ prezidenti deyib.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova