Siyasət Özəl

İkinci cəbhə açılır: “Rusiya və Qərb Ermənistanda da üz-üzə gələcək”

İkinci cəbhə açılır: “Rusiya və Qərb Ermənistanda da üz-üzə gələcək”

“Avropa İttifaqı ötən gündən ümumi təhlükəsizlik və müdafiə siyasətinin bir hissəsi kimi Ermənistanda Aİ-nin mülki missiyasına başlayıb. Avropa İttifaqının Ermənistana mülki müşahidə missiyanın göndərməsi ilk yüz nəfər qrupdan ibarət olduğu və ümumi silahsız olduğu qeyd edilir. Bununla da, Zəngəzur istiqamətində patrul müşahidə missiyasını həyata keçirəcəklər. Bir qayda olaraq, bunlar Ermənistanın istəyi ilə həyata keçirilir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq qeyd edib ki, bunu Cənubi Qafqazda Avropa İttifaqının apardığı siyasətin tərkib hissəsi kimi də qiymətləndirmək olar:

İkinci cəbhə açılır: “Rusiya və Qərb Ermənistanda da üz-üzə gələcək”
“Qeyd edilir ki, bu missiya Ermənistan-Azərbaycan arasında dövlət sərhəddində təhlükəsizliyin təmini, iki dövlət arasında normallaşma prosesi töhfələr verməkdən ibarətdir. Amma, göründüyü kimi, Ermənistan öz təhlükəsizliyinə artıq Avropa İttifaqı ilə əvəzləyir. Rusiyaya qarşı böyük isteriya siyasəti həyata keçirilir. Qeyd edim ki, Avropa İttifaqı tərkibində Fransa və Almaniya jandarmları olacaq, xüsusilə alman polisi iştirak edəcək bu prosesdə. Düşünürəm ki, Avropa İttifaqının bu missiyası konkret olaraq Ermənistan mövqeyini ifadə edəcək, amma Avropa İttifaqı Azərbaycanla da münasibətləri korlamaycaq. Çünki prezident İlham Əiyev Şarl Mişellə görüşdə Avropa İttifaqının vasitəçiliyinə ümid etdiyini və etimad etdiyini vurğuladı. Amma bunun nəticəsinə gəlincə, bu, Rusiyanı Ermənistandan uzaqlaşdıracaqmı, yoxsa Rusiya Ermənistanda bunun əvəzində siyasi xaos aparacaq proseslərə start verəcəkmi? Bunlar yaxın müddətdə aydın olacaq. Göründüyü kimi, Ermənistan Avropa İttifaqı və Rusiya arasında plasdarmdır və tərəflər Ukraynadan əlavə Ermənistanda da üz-üzə gəlirlər”.

Nəzrin Demokrat.az

D
demokrat.az