Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdə ən çox zərərçəkən Hataya gedib.
Demokrat.az xəbər verir ki, bu haqada "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilir ki, dövlət başçısını Hataya səfərində Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı da müşayiət edir.
Onların AFAD-ın qərərgahındakı məsul şəxslərlə görüşəcəyi və bolgədəki vəziyyətlə maraqlancağı bildirilib.
Həmçinin, Ərdoğanın Hatayı ziyarət etdikdən sonra Kahramanmaraşdakı axtarış-xilasetmə işləri ilə də tanış olacağı qeyd olunub.
Xatırladaq ki, Ərdoğan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdən sonra Hataya yola düşüb.
Arzu Demokrat.az


