“Krımda hər hansı bir ciddi müharibə başlasa, Rusiyanın torpaq bütünlüyünə təhdid olarsa, Putinin dediyini etməmək üçün bir səbəbi qalmır”.
Demokrat.az xəbər verir ki, bu sözləri Pressklub TV-nin canlı efirində siyasi şərhçi Fuad Abbasov deyib. Ekspert hesab edir ki, Rusiya prezidenti öz iqtidarını, öz kürsüsünü qorumaq istəyirsə, verdiyi sözü tutmalıdır:
“Mənim fikrimcə, Putin dediyini eyləyən adamdır. O, nüvə silahından istifadə edə bilər. Bunu cəmiyyət ondan tələb edəcək. Yəni, ölmək ölməkdirsə, inildəmək nə deməkdir? Cəmiyyət tələb edəcək ki, qarşı tərəfi vur, nə gözləyirsən? Amma cavab nə olacaq, bax o maraqlıdır.
O tərəfdən Şimali Koreya ilə Cənubi Koreya, bir tərəfdən Hindistan il Pakistan, o biri tərəfdən İsrail ilə İran... Hamı bir-birinə nüvə silahı atmağa hazırdır. Filankəs birinci atdı, mən də dalənca cavab verim”.
Zamiq Demokrat.az

