Türkiyənin Hakkari şəhərində polis əməkdaşı 52 kq partlayıcı maddə ilə ələ keçirilib.
Demokrat.az "CNN türk"ə istinadən xəbər verir ki, Təhlükəsizlik Müdirliyindən bildirib ki, polis məmuru ilə birlikdə 5 şübhəlinin məhkəməsi Hakkari 2-ci Ağır Cəza Məhkəməsində davam etdirilib.
İkinci iclasda müdafiə çıxışı edən polis əməkdaşı avtomobilində partlayıcı olduğunu bilmədiyini deyib. Elektron avadanlıq daşıdığını zənn etdiyini, partlayıcı maddə daşıdığını isə içəri girəndən sonra öyrəndiyini bildirib.
Artıq polis əməkdaşı barəsində həbs-qətimkan tədbiri seçilib.
Aysun Demokrat.az


