Sosial

Onkoloji xəstəlik aşkarlanan uşaqların sayı açıqlanıb

Onkoloji xəstəlik aşkarlanan uşaqların sayı açıqlanıb

Bu gün Ümumdünya Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür.

Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının şöbə müdiri Reyman İsmayılzadəAPA-ya açıqlamasında bildirib ki, ötən il 167 uşaqda onkoloji xəstəlik aşkarlanıb.

Onun sözlərinə görə, həmin uşaqların hamısı müvafiq protokollar əsasında müalicə alıb:

“Uşaqların və böyüklərin onkologiyası bir-birindən əsaslı surətdə fərqlənir. Uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin təqribən 1-1.5%-ni təşkil edir”.

Qeyd edək ki, 2021-ci ildə isə Azərbaycanda 170 uşaqda onkoloji xəstəlik aşkarlanıb

NE
Nihadə Eyyubova