Beyoğlu İstiqlal küçəsində törədilən terror aktı ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
Demokrat.az "Haber Global"a istinadən xəbər verir ki, terror aktı ilə bağlı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq tamamlanıb.
Nəticədə Cəmil Bayık, Hülya Oran, Sabri Ok, Saliha Bişkin, Vəlid Halil, Layika Gültekin, Fehman Hüseyn və Ferhat Abdi Şahin və Xəlil Manja Hüseyn haqqında həbs qərarı çıxarılıb.
İttihamnamədə 36 şübhəli “dövlətin birliyini və ölkənin bütövlüyünü pozmaq”, “silahlı terror təşkilatı yaratmaq və ya ona rəhbərlik etmək”, “silahlı terror təşkilatına üzv olmaq”, “uşaqları qətlə yetirmək” maddələri ilə ittiham edilib.
Qeyd edək ki, Beyoğluda baş verən terror aktında 6 nəfərin ölüb, 99 nəfərin yaralanıb.
Aysun Demokrat.az


