Türkiyədə alnından vurularaq yaralanan gənc dünyasını dəyişib.
Demokrat.az xəbər verir ki, 18 yaşlı Azad Altay müalicə aldığı xəstəxanada həyatını itirib.
Mərhumun dostu hadisənin silahla şəkil çəkdirdikləri zaman təsadüfən baş verdiyini deyib.
Gəncin cəsədinin ekspertizadan sonra torpağa tapşırılacağı bildirilib.
Qeyd edək ki, hadisə fevralın 5-də saat 17:00 radələrində Döşemealtı səmtinin Yeniköy məhəlləsində olub.
Aysun Demokrat.az


