Kahramanmaraşda axtarış məqsədiyə Adıyamana gələn Meksika heyəti axtarış və xilasetmə çalışmalarını bitirib.
Demokrat.az bildirir ki, axtarış-xilasetmə işləri başa çatan Meksika komandası sabah Türkiyəni tərk edəcək.
Axtarış-xilasetmə qrupunun üzvü dağıntılarda tapdığı Türk bayrağını suvenir kimi özü ilə götürüb.
Meksika komandasının başçısı general Xose Kruz bildirib ki, Meksika dövlətinin quru, hava və dəniz qüvvələrindən ümumilikdə 150 nəfər gəlib.
Kruz deyib:
"İlk olaraq biz buraya uzun bir məsafədən gəldik. Biz Meksikadan Adana Hava Limanına endik. Oradan bura avtobuslarla köçürüldük. Şəhərin vəziyyəti və yan yolları səbəbindən bura gəlmək üçün bir az gec idi. Burada vaxt itirmədən işə başladıq. İnsanlar ümidliydilər. Ümumi prosesdə 4 insanı sağ çıxartdıq. Təbii ki, xeyli sayda cəsədlər də çıxartdıq. Ölkəni tərk edəcəyik. Öz ölkəmizdə də zəlzələlərlə qarşılaşdıq. Amma Türkiyədə müşahidə etdiyimiz daha böyük bir ssenari var idi. Burada gördüklərimiz, könüllülüyün ön planda olması və könüllü insanların burada çox dəstək verməsi oldu. Türkiyənin bütün dərdlərini bölüşürük. Biz bu ölkəyə qardaş kimi gəlmişdik. Biz bu yardıma, bu dəstəyi qəbul etdiyinə görə Türkiyə dövlətinə müraciət etmək istədik və təşəkkür edirik".
Leyla Demokrat.az


