Qarabağ

Sülh müqaviləsinin mətni tezliklə Azərbaycana göndəriləcək — Qriqoryan

Sülh müqaviləsinin mətni tezliklə Azərbaycana göndəriləcək — Qriqoryan

Ermənistan sülh müqaviləsinin mətni üzərində işləyir.

Demokrat.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

O qeyd edib ki, tezliklə sülh müqaviləsinin mətni Azərbaycana təqdim ediləcək. Armen Qriqoryan bu haqda ictimaiyyətə əlavə məlumat veriləcəyini vurğulayıb. Ermənistan rəsminin sözlərinə görə, təkliflərdə Qarabağla bağlı maddələr də var. O əlavə edib ki, hazırda bütün məsələlər üzərində iş aparılır və razılaşdırılır. Qeyd edəki, bu yaxınlarda Azərbaycan sülh sazişi ilə bağlı Ermənistana yeni təkliflər göndərib./Modern.az

D
demokrat.az