Minlərlə insan dağıntılardan çıxarılan körpəni övladlığa götürmək istəyir
Zəlzələdən sonra Suriyanın şimal-qərbində çökmüş binanın dağıntıları altında dünyaya gələn körpə qızı minlərlə insan övladlığa götürməyi təklif edib.
Demokrat.az xəbər verir ki, bir neçə gün öncə uşağın xilas edilməsinin videoları sosial şəbəkələrdə yayılmışdı. Görüntülərdə toz basmış körpəni tutan bir adamın binanın dağılmış dağıntıları arasından sürətlə qaçması əks olunurdu.
Qeyd edək ki, baş verən zəlzələdən sonra onun anası, atası və dörd bacısı həlak olub.
Aysun Demokrat.az


