Sosial

Bakı Aeroportu yanvarda rekord sayda sərnişinə xidmət göstərib

Bakı Aeroportu yanvarda rekord sayda sərnişinə xidmət göstərib

Bu ilin ilk ayında Azərbaycanın əsas hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportu360 minsərnişinə xidmət göstərib ki, bu da əvvəlki illərin yanvar ayı üzrə rekord göstəricidir.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Məlumata görə,2023-cü ilin əvvəlindən ölkənin bütün beynəlxalq hava limanlarının sərnişin axını420min nəfərdən çox təşkil edib. Qeyd olunan müddət ərzində milli aviadaşıyıcılar AZAL və “Buta Airways” müvafiq olaraq132 minvə47 minsərnişin daşıyıb. Beynəlxalq uçuşlarda milli aviaşirkətlərinin payı37 %təşkil edib.

2023-cü ilin yanvar ayında Heydər Əliyev Beynəlxalq Aeroportuna27xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Ən çox sərnişin “Turkish Airlines”, “Aeroflot”, “Utair”, “Azimuth” və “flyDubai” aviaşirkətləri ilə daşınıb.

Yanvar ayı ərzində Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Əbu-Dabi, Ankara, Mineralnıye Vodı, Ciddə, Şarja və Daşkənd daxil olub. Ümumilikdə bu istiqamətlər üzrə221 minsərnişinə xidmət göstərilib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.

2022-ci ilin iyun ayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu “Skytrax World Airport Awards” beynəlxalq agentliyinin versiyasına görə MDB ölkələrində ən yaxşı hava limanı statusunu beşinci dəfə təsdiqləyib. Hava limanları üçün bu mükafat sənayedə keyfiyyət standartıdır.

NE
Nihadə Eyyubova