Hatayda əsgər Ferhat Günaçti köçürüldüyü xəstəxananın çökməsi nəticəsində şəhid olub.
Demokrat.az xəbər verir ki, bu haqda Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir:
"Hatayda köçürüldüyü xəstəxananın zəlzələ səbəbilə dağılması nəticəsində qəhrəman silahdaşımız müqaviləli piyada əsgər Ferhat Günaçti 9 fevral tarixində şəhid olub. Bizləri dərin ağrı və kədərə boğan bu hadisədə həyatını itirən şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə başsağlığı və millətimizə səbr diləyirik"
Arzu Demokrat.az


