Sosial Özəl

“Hasar çəkilərkən qaz boruları zədələnir” — Eldəniz Vəliyev

“Hasar çəkilərkən qaz boruları zədələnir” — Eldəniz Vəliyev

"Vətəndaşlarımız hasar çəkərkən diqqətli olmalıdır".

Demokrat.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında SOCAR "Azəriqaz" İB-nin şöbə rəisi Eldəniz Vəliyev bildirib.

Qurum rəsmisinin sözlərinə görə, hasar çəkilən zaman qaz borularının zədələnməsi hallarına rast gəlinir:

"Bəzi hallarda vətəndaşlar hasarları o həddə çatdırır ki, qaz borularının zədələnməsinə gətirib çıxarır. Bu hallarda isə qazların verilməsi dayandırılmalı olur. Nəticədə maddi və digər problemlərə yol açılır."

Bildirilib ki, bir sıra hallarda bu tip problemlərin ödənişi sığorta şirkətləri tərəfindən həyata keçirilir.

Aysun Demokrat.az

D
demokrat.az