"Azərsun Holdinq" MMC Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən zərərçəkənlərə humanitar yardım göndərib.
Demokrat.az xəbər verir ki, "Azərsun Holdinq" MMC tərəfindən zəlzələdən əziyyət çəkən doğmalarımız üçün ərzaq, qeyri-qida və müxtəlif geyimlərdən ibarət 5 TIR yardım Bakıdan qardaş ölkəyə yola salınıb.
Xatırladaq ki, fevralın 6-da qardaş Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya, Hatay əyalətlərində böyük dağıntılara və insan tələfatına səbəb olub. Zəlzələdən zərər çəkənlərin müxtəlif ehtiyaclarının qarşılanması üçün ən kiçik yardımın da indiki çətin günlərdə qardaş Türkiyə üçün böyük dəyəri var. 





