Azərbaycan Almaniyaya emal edilmiş quru xurma ixrac etmək istəyir

İQTİSADİYYAT 08 iyn 2019, 11:50

“Ümid edirəm ki, 2019-2020-ci illərdə Almaniyaya təqribən 2 mln. ABŞ dolları məbləğində quru xurma ixrac edə bilərik”.

 

Bu barədə “Report”a açıqlamasında Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov məlumat verib.

 

O bildirib ki, Almaniya xurma alıcısı olaraq dünyada Rusiyadan sonra ikinci sırada qərarlaşıb.

 

Assosiasiya sədri vurğulayıb ki, hazırda Azərbaycan emal edilmiş quru xurmanı Rusiyaya, Avropa İttifaqı ölkələrinə, həmçinin Baltikyanı ölkələrə ixrac edir.

 

Q.Yusifov əlavə edib ki, quru xurmanın ixracında ötən illə müqayisədə 30%-lik artım müşahidə edilib: “Ötən il təqribən 400-500 min ABŞ dolları həcmində quru xurma ixrac etmişik”.

 

Xatırladaq ki, Azərbaycanda xurma əsasən Göyçay, Balakən, Ağcabədi və Gəncədə yetişdirilir. Balakən və Göyçayda yarıqurudulmuş və qurudulmuş xurma istehsalı üzrə yeni müəssisələr yaradılıb.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top