Gündəm

Türkiyədəki zəlzələ ilə bağlı Azərbaycan XİN-də Operativ Qərargah yaradılıb

Türkiyədəki zəlzələ ilə bağlı Azərbaycan XİN-də Operativ Qərargah yaradılıb

6 fevral 2023-cü il tarixində Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Operativ Qərargah yaradılıb.

Bu barədə XİN-dən bildirilib.

“Zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxınlarının aşağıdakı telefon nömrələri və elektron poçt vasitəsilə əlaqə saxlamaları xahiş olunur:

+994125969449 (saat 9:00-dan 18:00-dək) +994503422491 (24 saat) cmmkon@mfa.gov.az”, - məlumatda qeyd olunub.

NE
Nihadə Eyyubova