Sosial

Azərbaycanla Monteneqro arasında hava əlaqəsi qurulur

Azərbaycanla Monteneqro arasında hava əlaqəsi qurulur

Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında hava əlaqəsi haqqında Saziş imzalanıb.

Bu barədəRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Sazişi Azərbaycan tərəfindən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Monteneqro tərəfindən hökumətin vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç imzalayıb.

Sənəd iki ölkə arasında hava əlaqələrinin yaradılması və yerinə yetirilməsi məqsədi daşıyır.

NE
Nihadə Eyyubova