İdman

İnfantino yenidən FİFA-nın prezidenti seçildi

İnfantino yenidən FİFA-nın prezidenti seçildi

Parisdə keçirilən konqresdə FIFA-ya üzv olan 211 federasiyanın nümayəndələri Canni İnfantinonun namizədliyini dəstəkləyiblər və o, yenidən Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti seçilib.

Bununla da 49 yaşlı C.İnfantinonun səlahiyyət müddəti 2023-cü ilədək uzadılıb.

Seçkidə C.İnfantino yeganə namizəd kimi iştirak edib.

Qeyd edək ki, daha əvvəl bu vəzifəni Yozef Blatter tutub. (Virtualaz.org)

D
demokrat.az