"ABŞ-ın əsas marağı odur ki, bölgədə hazırda Rusiyanın yürütdüyü siyasəti sonlandırsın".
Bu sözləri Demokrat.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib. Ekspert qeyd edib ki, ABŞ bunu Azərbaycanın əli etmək istəyir:

"Azərbaycan Xankəndi-Laçın yolunda ekofəalların aksiyasını "dinc aksiya" adlandırır və sülhməramlılar vasitəsilə şərait yaradır ki, avtomobillər keçsin. Amma bunu dünya blokada adlandırır. Onlar Azərbaycandan mövqe tələb edirlər ki, desin ki, bölgədə əslində blokada var və bunu Rusiya edir. Azərbaycan indiki məqamda bölgədə savaş aparan qlobal güclərin biri olan Rusiyanın sıradan çıxarılmasında nə dərəcədə maraqlı ola bilər? Çünki onun yerini dərhal başqa bir qlobal güc tutacaq ki, bu da Qərbdir. Ümumiyyətlə, Azərbaycana qlobal güclər arasında paralellik aparmaq, balans yaratmaq sərf edir. Xarici siyasət hər zaman bundan ibarət olub. Ona görə də, hər iki gücün üst-üstə düşən maraqları var ki, Azərbaycan üçün də hansısa hərəkət imkanları var. İndi məcbur edirlər ki, Azərbaycan bu səhvi etsin. Halbuki, Azərbaycan Rusiyaya 10 noyabr razılaşması ilə müəyyən imkanlar tanıyıb və istədiyi vaxtda bölgədən çıxarılmasını təmin edəcək".
Aynurə Demokrat.az


