Gürcüstanın Ukraynaya hər hansı silah tədarükü hərbi münaqişədə bilavasitə iştirak deməkdir, Tbilisi buna icazə verə bilməz. Modern.azxəbər verir ki, bunu hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Perebinisin bəyanatına cavab olaraq bildirib. O qeyd edib ki, Ukrayna hökumətinin nümayəndələrinin Gürcüstanla bağlı çağırışları təəssüf doğurur: “İkinci cəbhə açmaq üçün çağırışlar dayanmır. Bəzən birbaşa, bəzən də dolayı yolla edirlər. Təbii ki, Ukraynaya istənilən silah tədarükü hərbi münaqişədə bilavasitə iştirak deməkdir, biz buna icazə verə bilmərik. Təəssüf ki, Ukrayna hakimiyyətinin nümayəndələri bu cür müraciətləri demək olar ki, açıq şəkildə edirlər. Təbii ki, bu, ciddi problemdir", - deyəKobaxidze vurğulayıb.
Gürcüstan Ukraynaya cavab verdi: "Biz buna icazə verə bilmərik"
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


