Dünya Özəl

Zelenski Qərbə çağırış etdi: Tankları Ukraynaya tez verin!

Zelenski Qərbə çağırış etdi: Tankları Ukraynaya tez verin!

Ukrayna prezidenti Vladimir Zelenski Qərb liderlərinə Rusiyaya qarşı mübarizəyə dəstək üçün tanklar göndərdiklərinə görə təşəkkür edib.

Demokrat.az BBC-yə istinadla xəbər verir ki, Zelenski tankların tezliklə Ukraynaya çatdırılmasının vacibliyini vurğulayıb.

Vladimir Zelenski öz müraciətində Qərbi uzaqmənzilli raketlər və döyüş təyyarələri göndərməyə də çağırıb.

Onun bu çağırışı ABŞ və Almaniyanın Ukraynaya “Abrams” və “Leopard” tanklarını göndərəcəkləri barədə bəyanatdan sonra gəlib.

Zelenski Qərbə çağırış etdi: Tankları Ukraynaya tez verin!

Zelenski deyib ki, tanklar yazda Rusiyanın potensial hücumunun qarşısını almağa kömək edə bilər.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatların Ukraynaya 31 ədəd "M1 Abrams" döyüş tankı göndərəcəyini bəyan edib.

Almaniya isə Ukraynaya 14 ədəd "Leopard 2" tankları göndərəcəyini bildirib.

Həsən Demokrat.az

D
demokrat.az