Gündəm Özəl

"Mərkəzi hökumət Cənubi Azərbaycanda qəsdən istehsal müəssisələri açmır"

Mərkəzi hökumət Cənubi Azərbaycanda qəsdən istehsal müəssisələri açmır

"Cənubi Azərbaycan və ərəb əyalətlərində mərkəzi hökumət qəsdən istehsal müəssisələri açmır, açsa da yerli əhalini işə götürmürlər. Bunun nəticəsində işsiz qalan yerli əhali mərkəzi fars vilayətlərinə, ən ucuz işçi qüvvəsi kimi işləməyə gedir. Onların yerinə isə fars işçilər gətirilir. Eyni ssenari, Güney Azərbaycanda azərbaycanlılara, Əhvazda ərəblərə və Şirazda Qaşqay türklərinə qarşı tətbiq edilir".

Bu fikirləri siyasi şərhçi Turab Rzayev Demokrat.az-a açıqlamasında bildirib.

"Azərbaycan həmişə İranın əsas sənayə mərkəzi olub. İndi isə bütün sənaye mərkəzi fars vilayətlərində cəmləşib. Cənubi Azərbaycana lazımi qədər investisiya qoyulmur. İrandakı bütün mis istehsalının 60% təkcə Süngün yatağından çıxarılır. Ancaq mərkəzi hökumət nəinki yerli istehsala, heç Süngün misin bank hesablarının da Şərqi Azərbaycana köçürülməsinə şərait yaratmayıb. Baxmayaraq ki, illərlə mərkəzi hökumət Azərbaycan əhalisinə bu sözü verib. Şərqi Azərbaycan (İran) sənaye, dağ-mədən sənayesi və ticarət təşkilatının sədri Sabir Parniyan da Tehran və Kerman rəhbərliyini Azərbaycanın ən böyük mədəninin -Sunqun- talan edilməsində ittiham edib. Qanuna görə faydalı qazıntıların hasilatından əldə edilən gəlirin 15%-i mədənlərin yerləşdiyi şəhərdə xərclənməlidir. Ancaq İran rəhbərliyi bunun üçün bütün şəraitiin olmasına baxmayaraq, Şərqi Azərbaycanın özündə mis külçələri istehsal etməyə icazə vermir. Onun torpağı xammal şəklində Kerman və Tehran şəhərlərinə aparılır və orada külçələrə çevrilir. Müvafiq olaraq, bütün gəlir mərkəzi İranın fars vilayətlərinin büdcəsinə gedir. Şərqi Azərbaycan isə getdikcə yoxsullaşır".

Nəzrin Demokrat.az

NE
Nihadə Eyyubova