Gündəm Özəl

"Paşinyan və Akopyan cütlüyü İran ermənilərinin yaralı yerləridir" — ŞƏRH

Paşinyan və Akopyan cütlüyü İran ermənilərinin yaralı yerləridir — ŞƏRH

"İran dövlətinin Anna Akopyanı İrana dəvət etməsinin xüsusi bir keyfiyyəti yoxdur. İlk olaraq qeyd edək ki, Anna Akopyan bir ermənidir. İran rejimi də onu keçirdiyi tədbirə bir erməni kimi dəvət edib. Məqsədləri Azərbaycan tərəfində qıcıq yaratmaq, Ermənistanla "bacılaşmaq" görüntüsü yaratmaqdır. Amma nə Paşinyan, nə Akopyan ermənilər arasında, xüsusən də, ölkə kənarında yaşayan ermənilər arasında sevilmir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi analitik Azər Qasımov deyib.

Paşinyan və Akopyan cütlüyü İran ermənilərinin yaralı yerləridir — ŞƏRH
"Təbii ki, hər kəs Ermənistanın 44 günlük müharibədə Azərbaycana məğlub olmasının günahkarının Paşinyan olduğunu hesab edir. Bu baxımdan, İranda erməni icmasının qadınlarının Anna Akopyanla görüşməkdən imtina etmələrinin səbəbini yalnız ona qarşı olan mənfi münasibətdə görürəm. Məsələ ondadır ki, İran kimi teokratik bir ölkənin dini rejimi belə erməniləri öz dövlət siyasətlərinə uyğun hərəkət etməyə məcbur edə bilməyib. Bununla yanaşı, Paşinyanın Qərbin adamı olması imici də dünyadan xəbərsiz İran xalqları kimi ermənilərdə də ona qarşı nifrət hissi yaradıb. Amma başa düşmürlər ki, İran rejiminin özü Qərbin proyektdir. Görünən odur ki, Paşinyan və Akopyan cütlüyü İran ermənilərinin yaralı yerləridir və onlara böyük dağ çəkiblər. Odur ki, onları bağışlaya bilmirlər".

Aynurə Demokrat.az

NE
Nihadə Eyyubova