Dünya Özəl

“Oskar” mükafatına nominantlar açıqlandı

“Oskar” mükafatına nominantlar açıqlandı

Amerika Kino Sənətləri və Elmləri Akademiyası kino sənayesinin ən mühüm mükafatlarından biri hesab edilən 2023-cü il “Oskar” nominasiyalarını açıqlayıb.

Demokrat.az “CNN Türk”ə istinadən xəbər verir ki, "Avatar: Suyun Yolu", "Top Gun: Maverick" Elvis Preslinin həyatından bəhs edən "Elvis" filmləri mühüm mükafatlardan biri olan "ən yaxşı film" nominasiyasında namizədlər sırasına daxil olub.

Qeyd etmək lazımdır ki, 95-ci “Oskar” mükafatlandırılma mərasimi martın 12-də keçiriləcək və 23 kateqoriya üzrə öz sahiblərini tapacaq.

Aysun Demokrat.az

NE
Nihadə Eyyubova