Dünya

İtaliya və Fransa Ukraynaya göndəriləcək raketlərin hazırlıqlarını yekunlaşdırdı

İtaliya və Fransa Ukraynaya göndəriləcək raketlərin hazırlıqlarını yekunlaşdırdı

İtaliya və Fransa SAMP/T zenit-raket kompleksinin Ukraynaya göndərilməsi üçün hazırlıqlarını tamamlayıb.

Demokrat.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.

O, digər yardımların da olacağını bildirsə də, təfərrüatları açıqlamaqdan imtina edib.

Diplomat xatırladıb ki, İtaliya artıq Ukraynaya 1 milyard avro dəyərində 5 müdafiə yardımı paketi təqdim edib.//APA

D
demokrat.az