Media

Azərbaycan neftinin bu günə olan qiyməti

Azərbaycan neftinin bu günə olan qiyməti

"Azeri Light" markalı Azərbaycan nefti yenidən ucuzlaşıb.

Demokrat.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,44 ABŞ dolları, yaxud 2,68 % azalaraq 88,73 ABŞ dolları olub.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

D
demokrat.az