Siyasət Özəl

"Avropa İttifaqı qərar verə bilməz ki, Azərbaycan harada başlayır və Ermənistan harada bitir"

Avropa İttifaqı qərar verə bilməz ki, Azərbaycan harada başlayır və Ermənistan harada bitir

"Avropa İttifaqı qərar verə bilməz ki, Azərbaycan harada başlayır və Ermənistan harada bitir"

"Avropa İttifaqı Ermənistan-Azərbaycan “sərhədinə” iki illik mandatla 100 müşahidəçidən ibarət yeni missiya göndərməyi planlaşdırır. Bu, Azərbaycan-Ermənistan arasında münaqişənin daha da qızışdırmaq anlamına gəlir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Fuad Abbasov deyib.

"Azərbaycan və Ermənistanın sərhədləri dəqiq deyil, çünki sərhədlərin delimitasiyası və demarkasiyası aparılmayıb. Ona görə də, Avropa İttifaqı qərar verə bilməz ki, Azərbaycan harada başlayır və Ermənistan harada bitir. Bununla əlaqədar olaraq, Avropa Birliyinin Azərbaycan-Ermənistan arasında münaqişənin daha da qızışdırmaq yönündə apardığı bir fəaliyyətdir. Bunu təxribat kimi də qiymətləndirmək olar. İstər 100 nəfər, istərsə də, 1 nəfər Avropa İttifaqı nümayəndəsinin gəlməsi Azərbaycanın torpaq bütünlüyünü və suverenliyini pozmaq mənasına gələ bilər. Onlar Ermənistan tərəfindən gəlirlərsə, əlbəttə ki, Ermənistanın mövqeyindən çıxış edəcəklər. Böyük ehtimalla bu yüz nəfərlik heyətin içində daha çox fransalı əməkdaşları olacaq, bəlkə də elə ermənilərin özü olacaq. Ona görə də, biz Xarici İşlər Nazirliyi səviyyəsində demarkasiya və delimitasiya olmamış Azərbaycan-Ermənistan sərhəddinə hər hansı müşahidəçinin göndərilməsinə etirazımızı bildirməliyik".

Aynurə

NE
Nihadə Eyyubova