Kriminal

Abşeronda keçmiş qayınanasına xəsarət yetirən kişi cərimə olundu

Abşeronda keçmiş qayınanasına xəsarət yetirən kişi cərimə olundu

Abşeron rayonunda 1975-ci il təvəllüdlü Nəcəf şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qayınanası Xuramana (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində baş verib.

İstintaq orqanı tərəfindən Nəcəfin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəcəf ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, taksi sürməklə pul qazanır, həmdə təsərrüfatla məşğul olur: “Zərərçəkmiş Xuramanı 7 ildir tanıyıram. Onun qızı Səidə ilə qeyri-rəsmi olaraq bir yerdə yaşamışıq, birgə heyvan saxlamışıq. Həmçinin yay mövsümündə heyvanları Şamaxı rayonundakı yaylağa aparmışıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bir il əvvəl Səidənin başqa şəxslə münasibətdə olduğunu aşkar edib: “Buna görə onunla ayrıldım. Həmin vaxtdan sonra özümə məxsus heyvanları onların təsərrüfatından ayıraraq satdım. Biz birgə yaşadığımız dövrdə Səidə ilə mənə məxsus Mehdiabad qəsəbəsində yerləşən evdə yaşamışıq. Onunla yaşadığımız müddətdə şəxsi işi üçün ondan borc istədim. Həmin pulu mənə vermədiyi üçün evimi satdım və əşyalarımı Səidəyə məxsus Masazır kəndində Duz gölünün yanındakı fermanın həyətinə yığdıq. Həmin əşyalar soyuducu, televizor, DVD aparatı, plasmas çən 2 ədəd, 10 ədəd dəmir çənlər, 1 maşın isə taxta materiallardan ibarət olub”.

Nəcəfin ifadəsinə görə, həmin əşyaları Səidənin evindən götürmək üçün Saray polis bölməsinə müraciət edib: “Əşyaları götürməyə gedərkən orada mənə qarşı qanunsuz hərəkətlərə yol verilməsi üçün polisə müraciət etmişdim. Səhə müvəkkili və bir nəfər digər polis əməkdaşı ilə mayın 27-də, saat 16 radələrində Səidənin evinə getdik. Ondan əşyalarımı tələb etdim. Həmin vaxt Səidə anası Xuraman ilə birilikdə bildirdilər ki, mənim onların həyətində heç bir əşyam yoxdur. Onlar hasarın çöl tərəfində olan mənə məxsus taxta materiallarını göstərdilər, başqa hər hansı bir əşya olmadığını bildirdilər. Mən isə polis əməkdaşlarına onların yalan danışdığını bildirdim. Bu zaman Xuraman ünvanıma söyüş söyərək əlindəki lapatka sapı ilə böyrək nahiyəmə 3 dəfə zərbə vurdu, həyətdən çıxmağımı tələb etdi. Mən isə onun hərəkətlərinə görə əsəbləşdim. Dedim ki, qoy vursun. Buna görə həyətdən çıxdım və polisin yanında Xuraman biədəb söyüş işlətdilər. Biz isə mübahisə olmasın deyə oradan getdik”.

Nəcəf qeyd edib ki, Xuraman qərəzli olaraq onun barəsində şikayət edib. Bildirib ki, Xuramanın barmağına xəsarət yetirməyib, onu döyməyib, onun özü yıxılaraq xəsarət alıb. Cinayət işi üzrə zərərçəkmiş Xuramanın sözlərinə görə, təxminən 5-6 ildir qızı Səidə ilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində yaşayır: “Barəsində şikayət etdiyim Nəcəfi təxminən 5 ildir Şamaxı rayonu ərazisində ondan bal alan zaman tanımışam. Ancaq onunla aramızda heç bir ədavət və düşmənçilik olmayıb. Sonradan Nəcəflə münasibətlərimiz yarandığı üçün mənim heyvanlarıma çobanlıqda etdi. Bunun müqabilində ona aylıq 800 manat verdim. Nəcəf fermamda 4 ay işləyib. Fermam Abşeron rayonu Masazır qəsəbəsi Duz gölünün yaxınlığında yerləşir. Nəcəf fermamda işlədiyi müddətdə qızım Səidə ilə ailə qurmaq təklifini etdi. Buna qızım, eləcədə özüm razı olmadığı üçün bu baş tutmdı”.

Zərərçəkmiş qeyd edib ki, bundan sonra Nəcəf onlardan küskün kimi fermadan gedib, harda qaldığını bilməyib: “Mən isə başqa çoban tapdım. Həmin çobanda fermamda 3 ay işlədi, sonra getdi. Nəcəf isə gedəndə fikirləşdi ki, bəlkə ondan xahiş edib, onu geri qaytararam. Lakin onu geri qaytarmadım. Bundan sonra özü fermaya gəldi. Daha sonra heyvanlarımı satdım, fermamı ləğv etdim”.

Xuraman bildirib ki, buna baxmayaraq Nəcəf onun evinə ara-sıra gəlib: “Həmin vaxtı gələrək mənimlə hal əhval soruşub. Nəcəf fermamda yaşadığım müddətdə özünə aid bəzi əşyaları gətirərək fermaya yığdı. Fermadan çıxıb getdikdən sonra zəng vurdum, dedim ki, gəlsin özünə aid əşyalarını aparsın. O, da öz elektrik əşyalarını apardı. Taxta dəmir və boçkalarını isə özü həyətimizdən çıxarddı, çöldən qonşunun setkasının kənarına yığdı. Həmin əşyalar hələdə həmin yerdə qalır”.

Zərərçəkmiş qeyd edib ki, Nəcəf sələmə pul verib: “Fermamda işlədiyi müddətdə Nəcəfdən 1500 manat sələmə pul aldım. Həmin pulu 1 ilə qaytardım. Lakin sələmini verə bilmədim. Nəcəf fermadan çıxdıqdan sonra telefonuma zəng vurdu və sələmə götürdüyüm 1500 manat pulumun faiz pulunu istədi. Məndə dedim ki, hazırda pulum yoxdur, olanda verəcəm. Bundan sonra bildirdim ki, əgər belədirsə, mənimdə səndə olan pullarımı gətir, sonra hesablaşaq. Yəni mən də öz heyvanlarımı Nəcəfə vermişdim ki, kəssib satsın, pulunu mənə versin. Heyvanın ətini guya nisyə paylayıb, pulunu yığa bilmirdi. Fermada saxladığım arını yeşik qarışıq ona vermişdim ki, satsın, o da guya nisyə satıb, pulunu ala bilmədiyi deyirdi”.

Xuraman qeyd edib ki, Nəcəf təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində fermamdan çıxarıb: “6 ay sonra Nəcəf Saray polis şöbəsinə barəmdə şikayət etdi ki, guya onun əşyaları fermamda qalıb. Elə həmin günü saat 16 radələrində evində olan zaman gördüm ki, Nəcəf 2 nəfər tanımadığım polislə həyətimə gəlib. Guya məndə qalmış ona məxsus əşyaları aparmaq istəyir. Həmin vaxtı tanımadığım polislərə Nəcəfin məndə əşyalarının olmadığını dedim. Polislərdə çölə çıxdı, onun qonşularının hasarının kənarına yığdığı əşyalarına baxan zaman Nəcəf mənimlə sözlə mübahisə etdi. Məni və övladlarımı hədələməyə başladı. Həmin vaxtı dedi ki, guya mənim oğlumu və qızımı tutduracaq. Onun ayağına gedib, ona yalvaracağımızı dedi. Mənə ona tərəf əl atdı. Ona dedim ki, sənə ayıb olsun, sənə verdiyim çörəkdən utanmırsan, sən indi üstümə gəlirsən. Həmin vaxt Nəcəf sağ əlimin çeçələ barmağını tutaraq sıxdı, məni itələdi. Bizi polislər sakitləşdirdi”.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Nəcəf 1000 manat cərimə olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az