Dünya Özəl

Adanada terror təşkilatına qarşı əməliyyat: 7 əcnəbi nəzarətə alındı

Adanada terror təşkilatına qarşı əməliyyat: 7 əcnəbi nəzarətə alındı

Türkiyədə terror təşkilatı DEAŞ-a qarşı əməliyyatlar davam edir.

Demokrat.az xəbər verir ki, Türkiyənin Adana şəhərində terror təşkilatı DEAŞ-a qarşı aparılan əməliyyat tədbirləri çərçivəsində 7 nəfər saxlanılıb.

Onların hamısı xarici ölkə vətəndaşlarıdır.

Əməliyyatlar zamanı terror təşkilatında olduğu təsbit edilən və ya hələ də aktiv şəkildə təşkilatla əlaqəsini kəsməyənlər bir-bir təsbit edilməkdədir.

Qeyd edək ki, bundan əvvəl, terror təşkilatı DEAŞ-a qarşı əməliyyatlar çərçivəsində Qaziantep və Kilisdə 4 nəfər saxlanılıb.

Jalə Demokrat.az

D
demokrat.az