Kriminal Özəl

Abşeronda qadın evə pul gətirməyən ərini dabankeşlə döydü — ŞOK OLAY

Abşeronda qadın evə pul gətirməyən ərini dabankeşlə döydü — ŞOK OLAY

Abşeron rayonunda 1988-ci il təvəllüdlü Aysel ailə münaqişəsi zamanı həyat yoldaşı Ayaza (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Aysellə əri arasında ailəsinə maddi cəhətdən baxmaması ilə aralarında münaqişə yaranıb. Bu zaman Aysel əlində olan iti kəsici ailəti ərinə atıb və əri boyun nahiyyəsindən xəsarət alıb.

İstintaq orqanı tərəfindən Ayselin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aysel ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2019-cu ildə Ayazla ailə həyatı qurub və birgə nigahdan 2 yaşlı oğlu var: “Bizim aramızda məişət problemləri ilə əlaqədar dəfələrlə mübahisələr baş verib. Sonuncu hadisə günü, saat 20 radələrində Ayaz işdən çıxaraq yaşadığımiz Masazır kəndində yerləşən evə gəldi. Evə gələndən sonra aramızda Ayazın evə qazandığı pulu gətirməməsi səbəbindən söz mübahisəsi yarandı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmçinin Ayazın başqa qadınlara pul xərcləməsini aşkar edib: “Mən də Ayaza evdən getməyini bildirdim və hamam otağına yuyunmaq üçün keçdim. Hamam otağında olarkən Ayaz qapını və pəncərəni döyərək ködəkçəsini, telefonunu istədi. Dərhal hamamdan çıxmağımı tələb etdi. Mən də ona həmin vaxtı yuyunduğumu, biraz gözləməsini bildirdim. Lakin, Ayaz təkrar qapını döyməyə başladı. Hamamdan çıxaraq ona biraz sonradan gəlməyi dedim. Biraz sonra evin qapısını açaraq Ayaza paltarını təqdim etdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman həmin vaxt Ayaz ondan özünə məxsus mobil telefonunu geri qaytarmasını tələb edib: “Aramızda yenidən mübahisə yarandı. Ayaz məndən aldığı mobil telefonu da qaytarmağı tələb etdi. Mobil telefonun mənə məxsus olduğunu bildirdim. Bundan sonra Ayaza evi tərk etməyi bildirdim. Bu vaxt Ayaz mənə əl atsa da, əli mənə dəymədi. Azay evdən çöldə pilləkanda dayandı. Həmin vaxt Ayaz mənim başqa nikahdan olan qızımı təhqir etdi. Mən də qızımı təhqir etməsinə əsəbləşdim. Əlim ilə ayaqqabı geyinmək üçün istifadə olunan dəmir dabankeş ilə Ayazı vuraraq ona xəsarət yetirdim. Həmin dabankeş Ayazın arxa bel nahiyəsindən dəydi. Həmin vaxt bizi qızım ayırdı. Sonradan Ayaz evdən getdi. Həmin hadisənin baş vermə anını heç kim görməyib. Qızım ora sonradan gəlib. Ayazı bıçaqla deyil, ayaqqabı geyinmək üçün istifadə olunan dəmir parçası ilə vurmuşam”.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayazın sözlərinə görə, hadisə günü saat 20 radələrində işdən çıxaraq yaşadığı Masazır kəndində yerləşən evə gəlib: “Arvadım evə gəldikdən sonra mənə kənar şəxslərə pul xərclədiyimi, evə pul gətirmədiyimi, başqa qadınlarla görüşdüyümü dedi və mənimlə söz mübahisəsi yaratdı. Sonradan mənə azyaşlı oğlum ilə birlikdə evdən getməyimi tələb etdi. Evdən paltarlarımı götürərkən Aysel mübahisəni davam etdirdi. Evdən bayıra çölə çıxarkən mətbəxdən bıçağı əlinə alaraq üstümə atdı. Həmin bıçaq mənim boyun nahiyəmə dəydi və boyunumun arxa hissəsinə xəsarət yetirdi. Xəsarət aldığım üçün Abşeron rayon Mərkəzi Xəstəxanasına müraciət etdim”.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən məhkəmə Ayazın barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az