Şou-biznes

Anar Hüseynovun nəşi hələ Azərbaycana gətirilməyib

Anar Hüseynovun nəşi hələ Azərbaycana gətirilməyib

Mərhumun qardaşı Vüqar Hüseynov Axşam.az-a açıqlamasında bildirib ki, onun nəşi hələ də Bakıya gətirilməyib.

"Bu gün axşam Bakıya gətiriləcəyi deyilib. Sabah səhər isə Şəkiyə gətirəcəklər. Sabah günorta dəfn etməyi düşünürük" deyə, o, əlavə edib.

Qeyd edək ki, Anar şəkər xəstəliyindən əziyyət çəkirdi. Qardaşı ölümün səbəbinin şəkər olduğunu deyib. O, komaya düşüb və həyatını xilas etmək mümkün olmayıb.

Mərhum son illər Moskvada yaşayırdı.

NE
Nihadə Eyyubova