Çin Dövlət Təhlükəsizlik Nazirliyinin Kəşfiyyat İdarəsinin İntizam Komitəsinin keçmiş sədri Liu Yanpinq "rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə" ittihamı ilə edam cəzasına məhkum edilib.
Bu barədə Demokrat.az Türk mediasına istinadən xəbər verir.
Məlumata görə, Liu 2022-ci ilin martında yüksəkrütbəli polis, kəşfiyyat və məhkəmə məmurlarına qarşı aparılan istintaq zamanı saxlanılıb. Kommunist Partiyasının İntizam İstintaq Komitəsinin araşdırmasından sonra ötən ilin oktyabrında partiyadan xaric edilib.
Liu 2001-2022-ci illərdə ictimai təhlükəsizlik nazirinin müavini və Dövlət Təhlükəsizliyi Nazirliyinin İntizam Komitəsinin sədri kimi yüksək vəzifələrdə çalışarkən 234 milyon yuan (34,5 milyon dollar) rüşvət almaqda ittiham olunur.
67 yaşlı Liu ölüm cəzasına məhkum edilib. Keçmiş dövlət məmuru iki il ərzində yeni cinayət törətməsə, cəzası ömürlük həbslə əvəzlənəcək.
Jalə Demokrat.az


