Kriminal

Özünü “yandıran” “Sədərək” rəsmisi Talıbovun yaxın qohumu imiş

Özünü “yandıran” “Sədərək” rəsmisi Talıbovun yaxın qohumu imiş

Ötən gün “Sədərək” ticarət mərkəzində dayanacaqlara görə ödəniş tələb olunduğu halda “nə müştərilərdən, nə də sahibkarlardan pul alınır” deməsi ilə gündəmə gələn TM-in sözçüsü Kəmaləddin Qədimin Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovla qohum olduğu bildirilir.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, K.Qədim V.Talıbovun xalası oğludur.

Qeyd edək ki, Kəmaləddin Qədim “Sədərək”də sürücülərdən pul alındığı halda Baku TV-yə açıqlama verərək xəbəri təkzib etmişdi.

D
demokrat.az