Hadisə

Bakı-Sabunçu qatarı üç gün işləməyəcək

Bakı-Sabunçu qatarı üç gün işləməyəcək

Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarları mayın 31-də, iyunun 1-2-də işləməyəcək.

Demokrat.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, təmirlə əlaqədar qatarların hərəkəti 3 günlük dayandırılacaq. İyun ayının 3-dən etibarən qatarlar yeni hərəkət cədvəli üzrə hərəkət edəcək.

Gediş plastik kartla və biletlə təşkil olunacaq. Bu barədə sərnişinlərə əlavə məlumat veriləcək.

D
demokrat.az