Dünya Özəl

"Bu, Aİ daxilində birlik üçün güclü stimul olacaq” — Zelenski

Bu, Aİ daxilində birlik üçün güclü stimul olacaq” — Zelenski

UkraynaprezidentiVolodimir Zelenski ölkəninAvropa İttifaqına(Aİ) daxil olması ilə bağlı danışıqlarıntezliklə başlayacağına ümid etdiyini bildirib.

Demokrat.azUkrayna mətbuatına istinadən bildirir ki,o, gözləntilərini "Telegram"dabölüşüb .

Zelenskinin sözlərinə görə, o, İsveçinbaş naziriUlf KristerssonlaRusiyailə hərbi münaqişə ətrafındakı vəziyyəti və onun gərginləşməsi risklərini ətraflı müzakirə edib.

Onlayn görüşün nəticəsi olaraq, Ukrayna dövlətinin başçısı gözləyir ki, Aİ Şurasındaİsveçin sədrliyi ilə Ukraynanın üzvlüyü ilə bağlı danışıqlar başlayacaq .

“Bu, ordumuz və cəmiyyətimizin ümumi istəyi üçün güclü motivasiyadır.İnanırıq ki, bu, Aİ daxilində birlik üçün güclü stimul olacaq”, - deyə Zelenski bildirib.

O, həmçinin dialoqu davam etdirmək üçünKristerssonuKiyevə dəvət edib.

Bundan əvvəl də Almaniyanın xarici işlərnaziri Annalena Berbok bildirmişdiki, Ukrayna Avropa İttifaqına uzun və bir qədər çətin yol gözləyir, lakin ittifaq bu prosesdə Kiyevə dəstək olacaq.

2022-ci il dekabrın 19-daİtaliyanınxarici işlər naziri Antonio Tajanibütün Aİ ölkələrinin münaqişədən sonra Ukraynanın bərpasına sərmayə qoymağa hazır olduqları barədə fikir bildirib.Nazir qeyd edib ki, bunun üçün xüsusi fondun yaradılması lazımdır.

Leyla

NE
Nihadə Eyyubova