"Son günlər bu qədər yol qəzalarının baş verməsi yaxşı hal deyil. Bunun nəticəsində insan tələfatı baş verirsə, təbii ki, lazımi dövlət qurumları araşdırma aparmalı və günahkarların aşkara çıxarılması üçün müəyyən işlər görülməlidir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev Bakının Qaradağ rayonunda baş verən qəza ilə bağlı fikirlərini şərh edərkən deyib. Deputat qeyd edib ki, bununla bağlı bütün rəsmi orqanlar bir yerdə toplaşaraq çıxış yollarını müzakirə edib, qərar qəbul etməlidirlər: 
İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, bu cür xoşagəlməz qəzaların qarşısının alınması üçün dəmir yolu ilə yükdaşımalar həyata keçirilməlidir: 
Yükdaşımaların artırılması üçün yeni sistem alınmasına, dövriyyə buraxılmasına ehtiyac var. Bu da ölkə daxilində həm avtomobil yollarında yükün azalmasına, yəni dövriyyənin azalmasına, yollarda daha rahat bir trafikin olmasına səbəb ola bilər və yükdaşımaların maya dəyərini xeyli azaldar. Ona görə də, dəmir yolu yükdaşımaları kifayət qədər cəlbedici sahədir. Bu sahəyə fikir verilməsində yarar var".
Nəzrin Demokrat.az


