Kriminal Özəl

Sumqayıtda ər arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Sumqayıtda ər arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1974-cü il təvəllüdlü Oktay şəxsi münasibətlər zəminində həyat yoldaşı Laləyə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 12-ci mikrorayonda baş verib.

İstintaq orqanı tərəfindən Oktayın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirləndirilən şəxs qismində ifadə verən Oktay ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Lalə ilə aralarında ailə məişət münasibətləri zəmnində münaqişə baş verib: “Münaqişə zamanı Lalənin əlindən tutaraq dartanda barmağını zədələmişəm. Həmçinin boynundan və çiynindən əllərim ilə tutub dartmışam. Ona zədə yetirmişəm. Bizim mübahisələrimizə əsas səbəbı Lalənin yaxınlıqdakı binada yaşayan xəstə anası Şükufəyə həmişə gedib yalnız onun baxması, evə gec gəlməsi, uşağıma isə baxmaması, qayğı göstərməməsi olub. Mən isə ona həmişə səndən başqada ananın övladları var, hərdən heç olmasa onların da baxmalarını istəmişəm”.

Oktay qeyd edib ki, sonuncu hadisə günü, gecə yenə də Lalə evə gec gəlməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əsəbləşib: “Onu tutub dartan zaman zədə yetirdim. Bundan sonra Lalə yaxınlıqda olan anası evinə getdi. Oradan isə 102 xidmətinə zəng etməsini, hadisə barədə məlumat verdiyini sonradan bildim”.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən məhkəmə Oktayın barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az